📢 AZAL - Azerbaijan Airlines - da Kiber Təhlükəsizlik üzrə Təcrübə Proqramı
“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən İnformasiya Təhlükəsizliyi (xüsusilə Offensive Security / Penetration Testing istiqaməti) sahəsində karyera qurmaq istəyən namizədlər üçün 6 aylıq ödənişli təcrübə proqramına müraciətlər açıq elan olunur.
🔹 Öhdəliklər:
• Real mühitlərdə nəzarət altında təhlükəsizlik testlərinin aparılmasında iştirak
• Veb tətbiqlərin təhlükəsizlik testlərinin icrası və zəifliklərin araşdırılmasına dəstək
• Şəbəkə və sistem səviyyəsində ilkin testlərin həyata keçirilməsi və nəticələrin analizi
• OSINT texnikaları vasitəsilə məlumatların toplanması
• Linux mühitində təhlükəsizlik testlərinin aparılması
• Tapılmış zəifliklər üzrə texniki hesabatların hazırlanmasında iştirak
• Müxtəlif hücum ssenarilərinin öyrənilməsi və praktik tətbiqi
🔹 Tələblər:
• Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə 3-4-cü kurs tələbələri, magistrantlar və ya məzunlar
• İnformasiya təhlükəsizliyi və penetration testing üzrə baza bilikləri
• Veb təhlükəsizliyi və ümumi zəifliklər haqqında anlayış
• Şəbəkə əsasları (TCP/IP, HTTP/HTTPS, DNS) üzrə biliklər
• Linux əməliyyat sistemində işləmə bacarığı
• Burp Suite, Nmap, BloodHound və digər alətlər haqqında ilkin məlumat
• Active Directory və autentifikasiya mexanizmləri üzrə anlayış (Kerberos bilikləri üstünlükdür)
• Skript yazma üzrə baza bilikləri (Python, Bash və s.)
• İngilis dili biliyi – minimum B2 səviyyəsində
🔹 Əlavə məlumat:
• İş qrafiki: yarım və ya tam iş günü
• Müddət: 6 ay
• Təcrübə müddətində müqavilə bağlanılır və ödəniş təmin edilir
📩 Müraciət üçün: CV-nizi
[email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Azerbaijan State Oil and Industry University • ASOIU
#Internship #AZIU #ADNSU
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:
Telegram:
https://t.me/LevelUptelegramWhatsapp:
https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZwLinkedIn:
https://www.linkedin.com/company/levelupppp/